Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri barədə məlumat verib.
"Təxminən 800-dən çox, 900-ə yaxın mənzildən ibarət yaşayış komplekslərinin inşasına başlanılıb. Çox sürətli işlər gedir və yaxın gələcəkdə, növbəti ilin birinci və ikinci rübündə artıq yeni, keçmiş məcburi köçkünlərimizin, şuşalılarımızın öz doğma şəhərlərinə dönüşünə başlanılacaqdır."
Kərimov qeyd edib ki, bu yaşayış komplekslərinə 3 mindən çox insanın köçürülməsi nəzərdə tutulur. Şuşada gələn il tədris ocaqları da əlavə olaraq hazır olacaq və fəaliyyətə başlayacaqdır.
"Qarabağ Universitetinin İncəsənət fakültəsi, Turizm və Qonaqlama fakültələri Şuşaya köçürüləcəkdir. Şuşada çox möhtəşəm bir, gözəl layihə artıq inşa olunmaqdadır – bu, yeni məscid kompleksidir. İşlər çox uğurla gedir."
Aydın Kərimov Xankəndi ilə Şuşa arasında nəqliyyat əlaqələrinə də toxunub. Bildirib ki, hazırda Xankəndinin mərkəzindən Şuşanın mərkəzinə 10-15 dəqiqəyə çatmaq mümkün olsa da, gələcəkdə bu müddət daha da qısalacaq. O, perspektivdə əlavə dəmir yolu stansiyasına ehtiyac olduğunu vurğulayıb və belə bir layihənin nəzərdə tutulduğunu bildirib.
"Xankəndi stansiyası həm şəhərdən bir az qıraqda olacaq, həm də Şuşaya yaxın olacaqdır və həm Şuşaya gəlmək istəyən ziyarətçilər də çox rahatlıqla oradan Şuşaya gəlib ziyarət edə biləcək