İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə Amerika Birləşmiş Ştatları və İsrail qüvvələri tərəfindən endirilən zərbələr nəticəsində azı altı nəfər həlak olub, daha altı sakin yaralanıb.
Bu barədə Mehr Agentliyinə Şərqi Azərbaycan Əyaləti üzrə Təcili Xidmətlər İdarəsinin rəhbəri məlumat verib. Hadisə bu gün səhər saatlarında baş verib.
ABŞ və İsrail qüvvələrinin Təbrizdə yaşayış binasına hücumu nəticəsində insanlar həlak olub və xəsarət alıblar.