TƏCİLİ! Atəşkəs pozuldu, Şəhərlər vurulur: İran Hörmüzü BAĞLADI - RTV

İranın paytaxtı Tehran hava hücumuna məruz qalıb. Yerli mənbələrin məlumatına görə, Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Sistemlərin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilib.

Mehr agentliyi 12 saatlıq atəşkəs rejiminin pozulduğunu bildirib. Məlumata görə, Tehran və Kərəc şəhərlərinə hava zərbələri endirilib. Bundan əlavə, İsfahan və Əhvaz üzərində qırıcı təyyarələrin uçuşları həyata keçirilib.

İran bu hadisələrə cavab olaraq Hörmüz boğazını bağlayıb. Hazırda Hörmüz boğazından bütün gəmilər geri qaytarılıb.

Qeyd olunub ki, Beyrut və Livanın digər şəhərlərinin kütləvi bombalanması nəticəsində son 24 saat ərzində 254 nəfər həlak olub, daha 1165 nəfər isə yaralanıb. Atəşkəs rejimindən sonra baş vermiş bu hadisə ilə bağlı Livan hakimiyyəti ölkədə milli matəm elan edib.