Dünən gecə Amerika Birləşmiş Ştatları və Nigeriya qüvvələri Afrikada İŞİD terror təşkilatının ikinci ən yüksək rütbəli komandiri Əbu Bilal Əl-Minuqini zərərsizləşdirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün Trust hesabında məlumat verib.
ABŞ prezidenti Donald Tramp qeyd edib:
"Bu gecə mənim göstərişimlə cəsur Amerika və Nigeriya hərbçiləri dünyanın ən aktiv terrorçusunu məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər."
Donald Tramp əlavə edib:
"İŞİD komandiri gizlənə biləcəyini düşünürdü, amma onun fəaliyyətləri barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi."
RTV-nin məlumatına görə, əməliyyat uğurla başa çatıb.