Tramp Hörmüzün blokadasını elan etdi - RTV

ABŞ prezidenti Donald Tramp ölkəsinin hərbi dəniz qüvvələrinin və müttəfiqlərinin Hörmüz boğazını blokadasına başladığını elan edib.

Amerika lideri bu barədə özünün sosial şəbəkə hesabında yazıb. O, blokadanın tezliklə başlayacağını və digər ölkələrin də bu prosesdə iştirak edəcəyini bildirib. Donald Tramp qeyd edib:

"Dünyanın ən yaxşısı olan ABŞ hərbi dəniz qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa başlayacaq."