Tramp İrana bir həftə vaxt verdi - RTV

ABŞ prezidenti Donald Tramp yaxın bir həftə ərzində Birləşmiş Ştatlar və İran arasında silahlı münaqişənin başa çatmasına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.

Bu barədə məlumatı Fox News telekanalının aparıcısı Bret Bayer Amerika lideri Donald Trampdan telefon danışığına istinadən yayıb. Jurnalist Bret Bayerin sözlərinə görə, Ağ Ev rəhbəri Donald Tramp sənədin imzalanması ilə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirir.

Bret Bayer həmçinin bildirib ki, prezident Donald Tramp müvafiq sazişin imzalanması üçün İrana bir həftə vaxt verib.