Amerika Birləşmiş Ştatları İrana qarşı döyüş əməliyyatlarına başlayıb. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Donald Trampın sözlərinə görə, İranda mühüm hərbi əməliyyatlara başlanılmasının məqsədi ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır.
ABŞ lideri bildirib ki, İranın hərəkətləri ABŞ qoşunlarına və ölkənin xaricindəki hərbi bazalarına birbaşa təhlükə yaradırdı. Donald Tramp əlavə edib ki, ABŞ onların donanmasını tamamilə məhv edəcək.