ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı dövlət və hökumət başçıları zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşdü. Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsində Ankaraya yola çıxıb.
NATO-nun iki gün davam edəcək sammitində alyansın 32 üzv ölkəsinin lideri bir araya gələcək. Sammitdə Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də iki ölkə arasında əməkdaşlığın gündəmdə olan mövzuları müzakirə ediləcək.