ABŞ və İran prezidentləri arasında anlaşma memorandumu imzalanıb. Sənəd iki ölkə prezidentləri tərəfindən rəsmi mərasim keçirilmədən rəqəmsal formatda imzalanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayı məlumat verib. Onun sözlərinə görə, sənəd bir neçə dəqiqə əvvəl ABŞ və İran prezidentləri tərəfindən məsafədən təsdiqlənib.
Bəqayı bildirib ki, imzalama formasının seçilməsi əvvəlki təcrübəyə nəzərə alınaraq müəyyənləşdirilib.