Türkiyəyə məxsus "Altru" adlı neft tankeri dronla vurulub. Hadisə gecə yarısı İstanbul boğazına bir neçə kilometr məsafədə qeydə alınıb.
Məlumata əsasən, tanker həm pilotsuz uçan aparat, həm də pilotsuz dəniz aparatı ilə vurulub. Nəticədə Rusiyanın limanından Türkiyəyə 140 min ton neft daşıyan gəmi qəza siqnalı verib.
Siqnala ilk reaksiyanı ən yaxınlıqdakı "Erdek" gəmisi verib. Bundan sonra Sahil Mühafizə Xidməti hərəkətə keçərək xilasetmə işlərinə başlayıb. Gəminin kim tərəfindən vurulması isə qeyd olunmayıb.