Hüquq mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. RTV-nin xəbərinə görə, "Günün səsi info"nun əldə etdiyi məlumata əsasən, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. İddialara görə, həmin şəxs İqbal Ağazadənin dostu və həmyerlisidir.
Ümid Partiyasının sədri İqbal Ağazadə "Günün səsi info"nun sorğusuna cavab olaraq bildirib ki, əməliyyat partiyanın ofisində keçirilməyib:
"Bizim partiyanın qarşısında belə bir hadisə olub, amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub."