Vahid Ələkbərov rəsmilərlə Füzulidə - RTV

İşğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib. Təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

Təqdimatda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və Təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Lukoil neft şirkətinin qurucusu Vahid Ələkbərov və Lukoil Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və Mərkəzi Park layihəsi barədə məlumat verilib. Ardınca bir nömrəli körpələr evi uşaq bağçasının açılışı olub.