Vəkili "Arzum"un azadlığa buraxılmasından danışdı - ÖZƏL - RTV

Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrlik etdiyi iclasda həbs qətimkan tədbirinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə həbsdə olan "Arzum" ev dustaqlığı ilə əvəz olunub.

Təqsirləndirilən şəxsin vəkili Fərid Həsənov bildirib ki, məhkəmə prosesinin gedişatı ilə bağlı sualları cavablandırıb:

"Bütün məhkəmə baxışı iclasında biz iki vəsatət verdik. Vəkillər təmin olundu. Bir vəsatətimiz həbsin ev dustaqlığı ilə əvəz edilməsi idi, digəri isə ümumiyyətlə, məhkəmə istintaqının məhkəmə istintaqı ilə aparılması idi. Hər iki vəsatətimiz təmin edildi. Həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Eyni zamanda da işin məhkəmə istintaqı ilə aparılması haqqında vəsatətimiz təmin edildi."

O, əlavə edib:

"Növbəti məhkəmə iclası 31 iyula saat 11:00-a təyin edildi. Artıq növbəti məhkəmə iclasından sübutların araşdırılması, şəxslərin dinlənilməsi və digər vəsatətlərimiz var, onlara baxılacaq."

Vəkil qeyd edib ki, "Arzum"un evdən çıxması və ya evə gəlməsi normal şərtlərdir.

O, vurğulayıb:

"İkinci əsas şərt isə onun sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsidir. Yəni məhkəmə prosesləri yekunlaşanadək sosial şəbəkələrdən istifadəsi qadağan olundu. Yalnız WhatsApp tətbiqi vasitəsilə yaxın qohumları ilə əlaqə saxlamaq haqqı tanındı."

Vəkil Fərid Həsənov əlavə edib:

"Bugünkü məhkəmədə zərər çəkmiş tərəf iştirak etmirdi. Şikayət verməmiş olsa belə, ilkin baxışda məhkəmənin verdiyi qərardan sonra zərər çəkmiş tərəfin apelyasiya şikayəti verməmişdi. Hazırda təqsirləndirilən şəxslərlə bizim aramızda barışıqla bağlı məsələlərin müzakirəsi gedir. Yəni tərəflər arasında hansısa bir ziddiyyətli bir məqam əvvəlki məhkəmədə olduğu kimi deyil. Elə bilirik ki, nəticədə biz də onlarla qarşılıqlı olaraq, insani, humanizmlə irəli gələn razılığa gələcəyik. Bu günkü məhkəmədə zərər çəkmiş tərəf iştirak etmirdi. Şikayət verməmiş olsa belə, ilkin baxışda məhkəmənin verdiyi qərardan sonra zərər çəkmiş tərəfin apelyasiya şikayəti verməmişdi."

Hadisə 2023-cü ilin iyununda Pərtəv Xəzri küçəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. "Arzum" ləqəbli TikTokerə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2.2-ci və 263.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.