Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının üçüncü günü start götürüb. Tədbir 2026-cı il mayın 17-dən 22-dək davam edəcək. Forum çərçivəsində bir sıra panel müzakirələri və tədbirlər həyata keçirilib.
RTV-nin müxbiri Xeyransə Piriyeva bildirib ki, forumda Xarici İşlər Naziri Ceyhun Bayramov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Nazirlərin iştirak etdiyi "Bağlantının Mərkəzində: Şəhərlər, Şəhər Yenidən Qurulması və Regional Əməkdaşlıq" mövzusunda tədbirdə bir sıra mühüm məsələlər müzakirə olunub.
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov sənaye zavodlarının yenidən əlaqələndirilməsi, iqtisadi imkanların bərpası və uzunmüddətli sülh və əməkdaşlıq üçün şəraitin yaradılmasından söz açıb. Nazir qeyd edib:
"Yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları və rəqəmsal şəbəkələr yenidən qurulan əraziləri daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir."
Tədbirdə çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın iqtisadi inkişaf strategiyasında dünya bazarlarına bağlantı, insan kapitalının gücləndirilməsi və şəhərlərin iqtisadi potensialının inkişafı əsas istiqamətlərdən biridir. Mikayıl Cabbarov vurğulayıb:
"Bu yanaşma şəhərlərin ənənəvi iqtisadi üstünlüklərini qorumağa və eyni zamanda yeni ideyaların inkişafına imkan verir. İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi modellər tətbiq olunur. Xankəndidə Qarabağ Universitetinin yerləşəcəyi universitetin şəhər konsepsiyası müasir Azərbaycan tarixində ilk nümunədir."
Tədbir digər rəsmilərin çıxışları ilə davam edib.