“WUF13”ün bağlanış mərasimi KEÇİRİLDİ - RTV

Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının bağlanış mərasimi mayın 22-də keçirilib.

Tədbirdə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, eləcə də forum iştirakçıları qatılıblar. Mayın 17-də işə başlayan WUF13, Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiri olaraq qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən forum "Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.