Xamenei sülh təklifini rədd etdi - RTV

İranın ali dini lideri Müctəba Xamenei vasitəçi ölkələrlə təqdim olunan sülh təkliflərini rədd edib. RTV kanalının məlumatına görə, Xamenei danışıqlara açıq olmadığını bildirərək, "İndi bunun vaxtı deyil" mesajını verib.

Reuters agentliyinə danışan yüksək vəzifəli İranlı rəsmisinin sözlərinə əsasən, Xamenei hesab edir ki, əvvəlcə Amerika Birləşmiş Ştatları və İsrail döyüş meydanında məğlub edilməli, daha sonra isə İrana təzminat ödənilməlidir. Bu yanaşma regionda onsuz da yüksək olan gərginliyin daha da artacağı ehtimalını gücləndirir.

Qeyd edək ki, Müctəba Xamenei fevral ayında hücum nəticəsində öldürülmüş Əli Xameneidən sonra hakimiyyətə gəlib. Onun rəhbərliyi ilə İran daxilində qərar qəbul etmə mexanizmlərində daha sərt və güzəştsiz mövqe müşahidə olunur.