Tehranda ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin iş ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirildiyi iddia edilir. Hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunub ki, hadisə strateji əhəmiyyətli zonada baş verib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.
İranın ali lideri Əli Xameneyinin paytaxt Tehranda olmadığı, təhlükəsiz yerə köçürüldüyü bildirilib.