İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahının təhlükəsizlik məntəqəsinə silahlı hücum olub.
Hadisə zamanı Kalashnikov avtomatları ilə silahlanmış 3 nəfər hücum edib.
İlkin məlumatlara görə, hadisə nəticəsində 2-si polis, 1-i isə bələdiyyə işçisi olmaqla 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb.
Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.
Xorasan Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirulla Şəmqqədri, Məşhədin Sərəfrəzan bulvarı ərazisində baş verən silahlı insidentdə 2 nəfərin öldüyünü təsdiqləyib.