Xameneinin oğulları ilk dəfə GÖRÜNTÜLƏNDİ - RTV

İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin vida mərasimində ailə üzvləri də iştirak edib.

Mərasimdə Xameneinin oğulları Mustafa, Məsud və Meysəm də yer alıb.

Bildirilib ki, Əli Xameneinin Büşra və Hoda adlı iki qızı olub. Büşra atası ilə birlikdə vida mərasimində iştirak edib.

Əl-Ərəbiyyə yazır ki, hazırkı ali lider Müctəba Xameneinin mərasimə qatılmayıb.

Vurğulanıb ki, Xameneinin oğulları müharibənin başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.

Qeyd edək ki, iyulun 3-də başlayan vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçirilir.