Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? - GÖRÜNTÜLƏR ŞOK ETDİ - RTV

İranda keçirilmiş dini lider Əli Xameneinin dəfn mərasimində çəkilmiş görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə ön sıralarda əyləşən, qara papaqlı və tibbi maska ilə üzünü gizlədən naməlum şəxsin kimliyi barədə fərziyyələr irəli sürülür.

İddialara görə, Əli Xameneinin oğlu və hazırkı ali lider Müstəba Xameneinin dəfn mərasimində iştirak etdiyi güman edilir. Təhlükəsizlik səbəblərindən uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan Müstəba Xameneinin mərasimdə kimliyini gizlədərək iştirak etdiyi ehtimal olunur. Lakin İran rəsmiləri bu şəxsin kimliyi ilə bağlı heç bir açıqlama verməyib.