XİN İspaniyaya başsağlığı verdi - RTV

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyada baş verən qatar qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Məlumatda qeyd olunur:

"İspaniyanın Kordoba şəhərində baş verən və çoxsaylı insan tələfatına, eləcə də çox sayda insanın yaralanmasına səbəb olan faciəvi qatar qəzası xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüzünlə başsağlığı veririk. Xəsarət alanlara şəfa diləyirik."

Xatırladaq ki, İspaniyanın cənubunda iki sürət qatarının relsdən çıxaraq toqquşması nəticəsində 39 nəfər həlak olub.