Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. Qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifədən azad edilib.
İşdən azad edilənlər arasında xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov yer alır. Həmçinin, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov və Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev də vəzifələrindən kənarlaşdırılıb.
Bundan əlavə, 5 saylı tərəzi nəzarət mərkəzinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət mərkəzinin rəisi Salman Səfətərov və Səyyad tərəzi nəzarət mərkəzinin rəisi Mehman Həmzəyev də işdən çıxarılıb.
Məsələ ilə bağlı RTV-nin qurumun mətbuat xidmətinə ünvanladığı sorğuya münasibət bildirilməyib.