Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı - RTV

Ukrayna Prezidenti Vladimir Zelenski, Kiyev şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən Azərbaycanəsilli məmur Timur Tukaçenkonu vəzifəsindən azad edib.

Bu barədə Zelenski müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Timur Tukaçenko 2024-cü il dekabrın 31-də bu vəzifəyə təyin olunub.

Bu il may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumatlar yayılmışdı.

36 yaşlı Timur Tukaçenko Ukrayna-Azərbaycanlılar Konqresinin fəal üzvü, Azərbaycanın Ağsəqqalları Şurasının Ukrayna üzrə nümayəndəsi, Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.