Zelenski Ermənistana səfər edəcək - RTV

Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfər edəcəyini açıqlayıb.

Səfər 4 may tarixində, bazar ertəsi günü baş tutacaq. Həmin gün İrəvan şəhərində Avropa Siyasi Birliyinin samiti keçiriləcək.

Vladimir Zelenskinin Ermənistana səfərinin digər təfərrüatları hələlik açıqlanmayıb.