14 il arvadına işgəncə verdi SAXLANILDI - RTV

İki gün öncə həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın uşaqları ilə birlikdə sığınacağa yerləşdirilib. Bildirilib ki, qadının əri saxlanılıb. Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, qadın 14 il ərzində fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqlarının səsi, əxlaqi məsələlər və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsinə səbəb olub. Qadın uzun illərdir davam edən bu zorakılıqlardan sonra uşaqlarını da götürərək sığınacağa müraciət edib.