Azərbaycanda fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 19-dan 20-sinə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 12-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 15-19 dərəcə isti. Dağlarda gecə 2-6, gündüz 6-11 dərəcə isti olacaq.