Ölümlə nəticələnən yol qəzası törətdikdən sonra hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən "TikToker" İlduzə Hacıyevanın hökmünə əlavə detallar əlavə olunub.
RTV Qafqazinfo-ya istinadən xəbər verir ki, iş materiallarında diqqət çəkən bir neçə məqam var. Onlardan biri Arzumun Azərbaycan daxili işlər nazirliyinin yol polisi idarəsi tərəfindən verilən sürücülük vəsiqəsinin olmamasıdır.
Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məktubda yazılır ki, Hacıyeva İlduzə Elmar qızına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. Onun Almaniya Federativ Respublikasının sürücülük vəsiqəsi olub. Həmin ölkədən verilən vəsiqədə isə sürücülük vəsiqəsi "B" kateqoriyalı sürücülük vəsiqəsi verilib.
Bu səbəbdən həmin vəsiqə əsasında ona avtomobil idarə etmək icazəsi verilməyib. Təqsirləndirilən "TikToker" Çanqan Qyuan A05 plug-in hibrid markalı avtomobilini isə özəl şirkətdən günə 60 manatdan hesablanmaqla 10 günlük kirayəyə ələyibmiş. Həmin şirkətin direktoru da şahid qismində ifadə verib.
Direktor qeyd edib ki, qəza hadisəsindən sonra Arzumla telefonda danışıb. Ondan avtomobilə ziyan dəyib-dəymədiyini soruşub. Arzum ona qəzada iştirak etmədiyini, avtomobilə də bir şey olmadığını deyib.
Şahidin sözlərinə görə, hadisədən sonra avtomobili gedib hava limanından götürüb.
Cinayət işi materiallarında Arzumun qəza baş verəndən sonra halının pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı sənəd də var. Təbibdən göndərilən məktubda yazır ki, İlduzə Hacıyeva hadisə günü saat 01:34-də Tibb Mərkəzinə daxil olub. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsindən ona isterik nevroz diaqnozu qoyulub.
İlduzə Hacıyeva qeyd olunan tarixdə saat 01:55-də tibb mərkəzindən çıxıb, hər hansı diaqnoz qoyulmamış, xidmət göstərilməmişdir. Məlumatda qeyd olunub.
Mübahisə olunan məsələlərdən biri də Arzumun qəzadan sonra tibb mərkəzindən qalma müddətidir. Bu sənədlə həmin müddətin 21 dəqiqə olduğunu təxmin edib. Məhkəmə nəticəyə gələrkən təqsirləndirilən şəxsin ikisi azyaşlı olmaqla 4 övladının olması, ilk dəfə cinayət törətməsi, zərəçəkmiş tərəflərlə barışıq əldə etməməsini ağırlaşdırıcı hal kimi nəzərə alıb.