Astarada bəndlər çökdü, yol dağıldı - RTV

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Pensər çayın kənddən keçən hissəsində beton bəndlər torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənddaxili yolun bir hissəsi dağılıb və hərəkət üçün yararsız hala düşüb.

Yerli sakin bildirib:

"Bunu dediyimiz qazılıb, bu yıxılıb da. Əvvəl gedəndə biz maşınla keçirdik, yaxşı idi. Başqa hadisə olmayıb. Çoxdandır bu iş vəziyyət belədir. Bunlar hamısı yuxarıdadır. Qanuni gərək bunu sökülməlidirlər bunları. Təzədən düzəltməlidir. Bu belə şeylə nə bilim necə düzəldirlər. Bu qanuni gərək hamısını çıxarırlar. Bu iki metr hündürlüyündədir. Səda olsaydı bura bu kənd olmazdı. Evdə hamısı gedərdi. Bu səhər olub səkkizin yarısında. Səkkizə qalmış bu hadisə olub. Uşaqlar məktəbə gedən vaxtı. Heç olmasa 40 ildən yuxarı olar. Bunların qabağını tutmasan ha, bunlar hamısı gedər."

Hadisə yerinə aidiyyatı qurumların nümayəndələri və texnika cəlb olunub. Təhlükənin qarşısının alınması məqsədilə çayın məcrası dəyişdirilir. Torpaq eroziyaya uğramış və nəticədə 1972-ci ildə tikilmiş buz bəndlər, buz bəndlərin 17 ədədi çaya aşmışdır. Digər beş bənddə də ciddi ziyan dəymişdir.

Mütəxəssislər ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, yol hissəsinin lentləndiyini və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulduğunu bildiriblər. Astara Su Meliorasiya Sistemləri İdarəsinin mütəxəssisləri əraziyə dərhal təhkim olunmuş, idarənin ekskavatoru ilə çay məcrasının yönü dəyişdirilir ki, həmin əraziyə daxil olub buz bəndlərin ətrafını təmizləyək və qarşısı bu görülən tədbirlər nəticəsində həmin ərazidə qarşısını alaq.