Bakının Xəzər rayonu Binə qəsəbəsində yol nəqliyyatı hadisəsi baş verib. Bu gün səhər saat 07:40 radələrində Fərhad Şahbazovun idarə etdiyi Hyundai markalı avtobus, Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İsuzu markalı sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində 13 nəfər Sabunçu Tibb Mərkəzinə, 9 nəfər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzə təxliyyə olunan şəxslərə başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsinə davam etdirilib. Digər 12 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilərək hər biri ambulator müalicə üçün evə buraxılıb.