Bakıda evdən 22 yaşlı oğlanın meyiti tapıldı - RTV

Bakıda 22 yaşlı gəncin meyiti müəmmalı şəraitdə tapılıb. RTV-nin məlumatına görə, hadisə mayın 31-i saat 21:00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Evdən 2004-cü il təvəllüdlü Ağazadə adlı oğlanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib. Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.