Azərbaycanda 40 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib. Hadisə paytaxt Bakıdakı idman zallarından birində baş verib.
Milli Aviasiya Akademiyasının Elmi İnformasiya və Patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib.
Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər Fuad Mirzəyev ürək tutmasından dünyasını dəyişib.
1986-cı il təvəllüdlü Fuad Mirzəyev iqtisad üzrə fəlsəfə doktoru və Milli Aviasiya Akademiyasının dosenti idi.