Bakıda kanat yolu haradan keçəcək? - RTV

Bakıda yeni nəqliyyat növlərinin yaradılması ilə bağlı müzakirələr gündəmə gəlib. Paytaxtda tramvay və kanat yolu layihələrinin həyata keçirilə biləcəyi açıqlansa da, mütəxəssislər bu təşəbbüslərə fərqli yanaşırlar.

RTV müxbiri Xanım Cavanşirqızı məlumat verib ki, bir neçə gün öncə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxış edən Bakı Şəhər İcra Hakimi Eldar Əzizov Bakıda kanat yolunun tikilməsinin planlaşdırıldığını bildirib. İddialara görə, kanat yolunun tikilməsinə ən uyğun ünvan Dağüstü Parkdır. Mülahizələrə əsasən, kanat yolu məhz Dağüstü Parkdan başlayaraq Şəhər Bulvarına qədər uzanacaq.

Memar Dilqəm İsmayılov bildirir ki, hazırda kanat yolunun Bakıda tətbiqi ilə bağlı konkret plan yoxdur:

"Buna biz doğrudan da hansısa nəqliyyat infrastrukturunun genişləndirilməsi, urbanistik hər kimi baxırıqsa, bu böyük bir nəqliyyat axınının qarşısını ala bilməz. Bu, sadəcə, yəni əgər bu baş verəcəksə, bu turistik olmalıdır. Bildiyim qədər Bakının Baş Planında kanat yolu nəzərdə tutulmayıb, amma yəni ola da bilər. Layihəsi təqdim olunmalıdır ki, kanat yolu harda nəzərdə tutulub, nə üçün nəzərdə tutulub. Ola bilər ki, Bakı Bulvarı ilə Dağüstü Parkı birləşdirsin, necə ki, funikulyor bu funksiyanı yerinə yetirir. Amma məsələn, Bakı Bulvarının başqa bir yerindən, hansı ki, Bayıl ərazisindən ola bilər Dağüstü Parka qədər. Bu da, yəni dediyim kimi, düşünülmüş olmalıdır. Nümunə üçün deyim ki, məsələn, həmin o Bayıl ərazisində olan bulvara biz baxsaq, orda bir çox mədəniyyət məkanları, mədəniyyət obyektləri var. Dediyim kimi, ola bilər ki, məhz o məkanlardan marşrutlar düzgün seçilməlidir bunun üçün. Vizual tərəfləri düzgün seçilməlidir ki, Bakının memarlıq simasına xələl gətirməsin, tam əksinə, yeni bir hekayəyə çevrilə bilsin. Kanat yolları adətən tikilərkən istər nəqliyyat axınına böyük maneçilik törədilmir, çünki dirəklər üzərində olduğuna və kanat yolu sadəcə yuxarıdan hərəkət etdiyinə görə, yəni bu çox da, yəni insanların, belə deyək də, gediş-gəlişdə hansısa yolların bağlanmasına g