Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama - RTV

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. RTV Qlobal İnfo xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir.

Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub.

Nəticə etibarilə, belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək.

Bu baxımdan, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla bu istiqamətdə addımların atılması məqsədəuyğundur. Deputat əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqi mümkündür.