“Eşitdik ki, güclü yanğın başlayıb” - Keşlədəki hadisənin TƏFƏRRÜATI - RTV

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarlardan birində güclü yanğın hadisəsi baş verib.

İlkin ehtimallara görə, yanğın anbarlardan birininin binasında başlayıb və qısa zaman ərzində digər anbarlara keçib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində müvafiq addımlar atırlar.

Hadisə şahidi olan bir qadın RTV-yə verdiyi açıqlamada bildirib:

"Mən evdə idim, bacım oğlu zəng elədi ki, yanğın var. Mən də qaçıb gəldim, baxdım ki, doğrudan da, göydən tüstü gəlir. Evləri yandırır. Qonşular sağ olsunlar, qaçıb damın üstündən zadı köməyə gəldilər. Valla, buranın bilmirəm əvvəl də belə olub, ya yox. Burdan başqa yanğın olub. Yaxınlarda da olub."

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və digər texnikaları cəlb olunub.