RTV-nin məlumatına görə, Şəkinin Baş Zəyid kəndinə güclü sel gəlib. Hadisə nəticəsində kənddə körpülər dağılıb.
Qeyd olunub ki, bu gün dağlıq ərazidən gələn güclü sel suları kənd ərazisindən keçərək əvvəlcə bir, daha sonra iki körpünü dağıdıb. Nəticədə bir gündə sel üçdən artıq körpünün dağılmasına səbəb olub.