Hacıqabulda 66 yaşlı kişidən qadın turistə ŞOK HƏRƏKƏT - RTV

Hacıqabul rayonu ərazisində 66 yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyi bildirilib. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Əldə olunan məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar. Onların iştirakı ilə araşdırma aparılıb. 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.