Bu ilin may ayı hava şəraiti baxımından əvvəlki illərdən xeyli fərqlənib. Adətən yazın son ayı daha sabit və isti hava şəraiti ilə yadda qalsa da, bu il ölkə ərazisində ardıcıl yağan leysanlar, dolu, güclü külək və sel hadisələri müşahidə olunub.
Ötən günlərdə Bakıya yağan güclü dolu paytaxt sakinlərini təəccübləndirib. Bir sıra rayonlarda isə intensiv yağışlar çaylarda sulluğun artmasına və sel hadisələrinə səbəb olub.
Məsələ ilə bağlı RTV-yə danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti və yağıntıların artması əslində anormal hadisə deyil.
"May ayı normalda bizim mülayim subtropik iqlim qurşağında yağıntılı keçməlidir. Biz sadəcə uzun illərdir may ayında yağıntı görməmişik, xüsusən Bakı şəhərində bu ay baş verən yağışlar və ya ötən ay baş verən yağıntılar aylıq normanın üstünə çıxdı və şəhər infrastrukturu hazır olmadığına görə, problemlər bu aylarda özünü göstərdi. Əslində belə bir şey yoxdur. Hər 5-10 ildən bir, 15 ildən bir Bakı daxil, müxtəlif şəhərlərimizə, müxtəlif vilayətlərimizə, ərazilərimizə yağıntılar normadan artıq yağıbdır. Yəni buna üzülmək yox, sevinmək lazımdır. Bu havanın normal xarakter