Lənkəranda otel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Lənkəran rayonunda yerləşən otellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək, zərərçəkənlərin qızıl zinət əşyalarını ələ keçirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı, 49 yaşlı Xaliq Cahangirov müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflyaj olaraq həmin hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.