Türkiyənin Aksaray şəhərində qorxulu hadisə baş verib. Burak adlı şəxs keçmiş sevgilisi Hilalın yaşadığı binaya gələrək mənzilin qapısını döyüb.
Qadının qapını açmamasına əsəbləşən Burak qapını təpik və yumruqlarla sındırmağa çalışıb. Hadisə zamanı Hilal azyaşlı qızını evdə qoyaraq ikinci mərtəbənin eyvanından aşağı mərtəbənin eyvanına tullanıb. Yaralanan qadın eyvanda köməksiz vəziyyətdə qalıb, azyaşlı qızı isə mənzildə nəzarətsiz qalıb.
Qonşular dərhal 112-yə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları mənzə daxil olan şəxsi saxlayaraq nəzarətə götürüblər. Qadın Fövqəladə Xidmət əməkdaşları tərəfindən xilas edilib və xəstəxanaya çatdırılıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma başlanıb.