Kişilər bu bədən quruluşuna malik qadınları bəyənir - Elmi ARAŞDIRMA - RTV

Onlayn tanışlıq tətbiqlərində kişilərin qadınlardan daha çox diqqət yetirdiyi xarici görünüş xüsusiyyətləri bəlli olub. Araşdırmalar göstərir ki, bəzi vizual detallar bu platformalarda daha çox maraq doğurur.

Texasus Universitetinin aparıcı elmi tədqiqatlarına əsaslanaraq təqdim etdiyi statistikaya görə, kişilərin 46%-i 160-168 santimetr boy aralığında olan qadınları daha cəlbedici hesab edir. Saç rəngində isə əsmər qadınlar ön sıradadır.

Onlayn platformalarda göndərilən mesajların 40%-nə sarışınlar cavab alır. Lakin bu göstəricidə qadınların göz quruluşu da önəmli rol oynayır. Kişilərin 74%-i ilk növbədə qadının göz rənginə fikir verir.

Qadınların dodaqlarının dolğunluğu da kişilər tərəfindən diqqətə alınır. Belə ki, kişilərin 60%-i dodaqları dolğun olan qadınlara daha çox üstünlük verir.

Bədən quruluşuna gəldikdə, kişilər daha çox orta bədən quruluşuna malik qadınlara üstünlük verirlər. Tədqiqatçılar bildirirlər ki, bu nəticələr yalnız statistik göstəricilərdir və real həyatda simpatiya hər bir şəxsin fərdi seçimindən asılı olaraq dəyişə bilər.