Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq - RTV

Aprelin 18-də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. RTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilanda da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı və Lerikdə isə narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Bu bölgələrdə küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.