Müəllimlərlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR verildi - RTV

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb. Bu qərar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə verilən göstərişə əsasən icra edilib.

Məlumata görə, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub. Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən naməlum şəxslər, onların üzərində qeyri-etik məzmunlu dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıblar və lağ obyektinə çeviriblər.

Müəllim nüfuzuna ciddi zərbə vuran qanunsuz əməllərin kimlər tərəfindən edildiyi hazırda araşdırılır. Bəzi iddialara görə, sosial şəbəkələrdə müəllimlərin şəkillərinə qarşı qeyri-etik hərəkət edənlər arasında yuxarı sinif şagirdləri də var.