Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifə verilib. O, Səhiyyə Nazirliyinin akademik Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, baş həkimi təyin edilib.
Bu təyinatla bağlı Səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müvafiq əmr imzalayıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin İsgəndərov öz xahişi ilə Bilgəh Kardiologiya Sanatoriyasının direktoru vəzifəsindən ayrılmışdı. Hazırda Bilgəh Kardiologiya Sanatoriyasının direktoru vəzifəsini Ləman Məlikova icra edir.