Oğlunu şəhid verən ana qızına həyat verdi – Böyrəyini bağışladı - RTV

44 günlük Vətən müharibəsində oğlunu şəhid verən ana, bu dəfə digər övladının yaşaması üçün böyük fədakarlıq edib.

Bu barədə həkim cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.

Həkimin sözlərinə görə, Gülsən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub.

O bildirib ki, üç gün əvvəl həyata keçirilən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.

İki bacı əməliyyatdan sonra özlərini yaxşı hiss edirlər, müalicələri davam edir.

Həkim Eldar Əhmədov əməyi keçən hər kəsə təşəkkür edib.