Onkoloqlardan ÇAĞIRIŞ: evdə istifadə olunan bu vasitədən dərhal imtina edin - RTV

Bir çox insanlar ağır xəstəlikdən qorunmağın yalnız genetikaya və ya siqaretdən imtina etmək kimi böyük qərarlarla bağlı olduğunu düşünür. Lakin onkoloqlar bu fikrin tam doğru olmadığını bildirirlər. Onların sözlərinə görə, xərçəng riski yalnız həyat tərzi seçimləri ilə deyil, gündəlik həyatda yığılan kiçik təsirlərlə də formalaşa bilər.

Mütəxəssislər xüsusilə evdə istifadə olunan hava təmizləyicilərinə və avtomobil ətirlərlərinə diqqət çəkirlər. Bu məhsulların tərkibində benzol və ya formaldehid kimi maddələr daxil ola bilər ki, onlar havaya yayıılaraq uzun müddətli təsir göstərə bilərlər. Xüsusilə ftalatlar və terpenlər kimi maddələr hormon sisteminə təsir edərək bəzi xərçəng növləri ilə əlaqələndirilə bilər.

Bu səbəbdən onkoloqlar kimyəvi hava təmizləyicilərindən mümkün qədər uzaq durmağı tövsiyə edirlər. Həmçinin, sağlam qidalanma, günəşdən qorunma, siqaretdən uzaq durmaq, fiziki aktivlik, keyfiyyətli yuxu və mütəmadi tibbi müayinələr xərçəng riskini azaltmaqda mühüm rol oynayır.