Mingəçevir şəhərində sərnişin avtobusu piyadanı vurub. Hadisə şəhərin Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 5 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tağıyev Elşən Arzuman oğlunu vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.