"Timsahlar Azərbaycanda yaşaya bilməz" - RTV

Azərbaycanda Baş Şirvan kollektorunda iki timsahın olduğu iddia edilən video sosial şəbəkələrdə yayımlanıb və qısa zamanda viral olub. Kadrlarda suda timsahların üzməsi görünür. Görüntülər ölkədə timsahların mövcudluğu ilə bağlı suallar doğurub.

Məsələ ilə bağlı RTV-yə danışan Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanın iqlim və təbii şəraiti timsahların yaşaması üçün uyğun deyil.

Dosent Təvəkkül İsgəndərov qeyd edib:

"Timsahların ölkəmizdə təbii şəkildə məskunlaşması və çoxalması mümkün hesab edilmir. Azərbaycanda bu heyvanların təbii şəraitdə yaşaması və burda böyüyərək populyasiya formalaşdırması qey