Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha altı azərbaycanlı həlak olub.
RTV Modern.az-a istinadən xəbər verir ki, son on gün ərzində döyüşlərdə daha altı həmyerlimiz həyatını itirib. Həlak olanlar arasında 1986-cı il təvəllüdlü Məmmədov Roman, 1969-cu il təvəllüdlü Abbasov Namiq, 1993-cü il təvəllüdlü Qəmbərli Vüsal, 1995-ci il təvəllüdlü Qurbanov Tofiq, 1989-cu il təvəllüdlü Manafov İlkin və 1993-cü il təvəllüdlü Rüstəmov Xanəhməd var.
Adları çəkilən şəxslər gedən döyüşlər zamanı həlak olublar.