“Zəng elədilər ki, Urfanı öldürüblər” - Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI - RTV

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Ürfani Baxışov tanışı tərəfindən yaşadığı evin həyətində qətlə yetirilib.

Hadisə ilə bağlı polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma davam etdirilir.

Qətlə yetirilən Ürfani Baxışovun atası hadisə barədə danışarkən bildirib:

"Mən burda yox idim. Zəng elədilər mənə, dedilər ki, bəs Ürfani öldürüblər. Mən gəldim, gördüm uşağın dayandığı yerdə vurub gediblər."

O, hadisənin qonşusu tərəfindən törədildiyini qeyd edib:

"Qonşu olublar da, bizdən üç-dörd ev o tərəfdə olur da. Burda uşaq mənlə görüşüb, öpüşmüşük, iki saatdan sonra getmişəm evə. Evə gedən kimi mənə zəng gəldi ki, həmin uşaq bunu vurub. Həmin uşaq normal uşaq deyil."

Qonşuların sözlərinə görə, qətlə yetirilən şəxs həmin evdə böyüyüb.

Hadisə yerindən bəzi görüntülər də yayılıb.