Bakı metrosunda sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq yeni mobil tətbiq istifadəyə verilir.
Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Həsənov "Trend"ə müsahibəsində məlumat verib.
"Yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq."
Vüsal Həsənov qeyd edib ki, mobil tətbiqdə sərnişinlər QR kod vasitəsilə ödəniş edə biləcəklər. Tətbiq həmçinin hansı stansiyadan hansı stansiyaya daha tez çatmağı, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görməyi, eləcə də qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilməyi mümkün edəcək.